CƏSARƏT NƏDİR?
- Womens collective
- 25 Şub 2025
- 1 dakikada okunur
Cəsurluq, bütün qorxulara rəğmən qeyri-müəyyənliyə tərəf getməkdir. Cəsarət, qorxusuzluq demək deyil. Qorxusuzluq, sən cəsarətli olmağa başlayanda və cəsur olmağa davam edəndə ortaya çıxır. Qorxusuzluq, cəsarətin ən son mərhələsidir. Qorxusuzluq, Casarətin sonsuz olduğu vaxt ortaya çıxan gözəl qoxudur.Amma başlanğıcda, qorxaqla cəsur şəxs arasında o qədər də fərq yoxdur. Tək fərq odur ki, qorxaq insan qorxularına qulaq asır və onları izləyir, cəsur insan isə onları kanara qoyub irəli gedir. Cəsur insan bütün qorxularına baxmayaraq qeyri-müəyyənliklərə tərəf gedir. O, qorxuları bilir, qorxular oradadır.
Kolumb kimi kəşf edilməmiş dənizlərə girəndə qorxu olur, hədsiz qorxu, çünki nə baş verəcəyini heç kim bilmir. Təhlükəsiz sahilləri tərk edirsən. Bir tərəfdən hər şey mükəmməldir; çatışmayan bir şey var - macəra. Bilinməyən yönə addım atmaq sənə həyəcan verir. Ürək yenidən döyünməyə başlayır, yenidən canlanırsan, yaşadığını hiss edirsən. Varlığının har hücrəsi canlanır, çünki bilinməyən şeylərin meydan oxumasını qəbul etmisən. Bütün qorxulara baxmayaraq, bilinməyənin meydan oxumağını qəbul etmək cəsarətdir. Qorxular oradadır,amma sən təkrar-təkrar meydan oxumağı qəbul etsən,o qorxular yavaş-yavaş yox olur. Bilinməyən şeylərin gətirdiyi o sevinci yaşamaq, bilinməyənlə duymağa başladığın həyəcan səni güclü edər, zəkanı iti edər, müəyyən bir tamlığa çatmınğına kömək edər. İlk dəfə hiss etməyə başlayarsan ki, hayat, təkcə, sıxıntılardan ibarət deyil, macəra doludur. Sonra yavaş-yavaş qorxular yox olar, sonra sən, həmişə macəra arxasınca qaçmağa başlayarsan.
Qısacası, cəsarət, naməlum üçün məlumu riskə atmaqdır, tanış olmayan üçün tanış olandan; narahatlıq üçün rahatlıqdan; naməlum bir final üçün hər kəsin bildiyi yollarla getməkdən imtina etməkdir. İnsan bacarıb-bacarmayacağını əsla bilməz. Bu, qumar oyunu kimidir, həyatın nə olduğunu təkcə qumarbazlar bilir.




Yorumlar