Həssas dərilər üçün qulluq tövsiyələri
- Womens collective
- 14 Nis
- 3 dakikada okunur
Həssas dərilər istidən, soyuqdan və xarici təsirlərdən daha çox təsirlənirlər. Xoşbəxtlikdən, düzgün dəriyə qulluq məhsulları və tətbiqləri ilə həssaslıq səbəbilə ortaya çıxan problemlərin qarşısını almaq mümkündür. Həssas və quru dərilər üçün bu qulluq tövsiyələrini yadda saxlayın...
1 - Yuyunarkən yüksək temperaturda sudan istifadə etməyin
Cəmi 10 dəqiqəlik bir vannanın belə dəri quruluğunu artırdığını bilirdinizmi? Əgər həssas və quru dəri tipinə sahibsinizsə, xüsusilə qış aylarında vanna müddətini qısa tutmalı və suyun temperaturunu maksimum 36-40 dərəcə arasında istifadə etməlisiniz. Üz təmizliyi zamanı isə daha aşağı temperaturda, ilıq sudan istifadə etməyiniz məsləhətdir.

2 - Otaq temperaturunu 21-25 dərəcə arasında tənzimləyin
Demək olar ki, 24 saat evdə olduğumuz bu dövrdə dərimiz niyə quruyur? Bu maraqlı sualın cavabı “rütubət”dir. Qapalı məkanlarda mühiti isitdikcə, eyni zamanda havadakı rütubəti də azaldırıq. Dəri sağlamlığı üçün otaq temperaturunu 21 ilə 25 dərəcə arasında saxlamaq və rütubət nisbətini 30-50 faiz arasında tənzimləmək vacibdir. Olduğunuz məkanı gündə bir neçə dəfə, hava çirkliliyinin az olduğu gündüz saatlarında havalandırın. Bundan əlavə, otaq termometrlərindən istifadə edərək ideal temperatur və rütubət səviyyəsini daha düzgün şəkildə təyin edə bilərsiniz.

3 - Mütləq dəri tipinizə uyğun məhsullar seçinHəssas və quru dərilərin ən böyük problemi istidən, soyuqdan, küləkdən – qısacası hava şəraitindən və xarici təsirlərdən çox tez təsirlənməsidir… Buna görə də dərinizə lazım olan qorumanı və qulluğu təmin edən düzgün məhsulları seçməlisiniz. Seçdiyiniz məhsullar həm sakitləşdirici, həm də qidalandırıcı xüsusiyyətə malik olmalıdır. Bu şəkildə qızartı kimi problemlərin qarşısını ala bilərsiniz.
İsveç mərkəzli Celenes by Sweden markasının Cloudberry seriyası bu ehtiyacınıza cavab verən bir məhsul qrupudur… Soyuq Nordik iqlim şəraitinə uyğun olaraq hazırlanan bu marka, həssas və quru dərilər üçün xüsusi olaraq hazırladığı bu seriyada Cloudberry – yəni Norveç böyürtkəni istifadə edir. Cloudberry, həssas dərilər üçün mükəmməl bir sakitləşdiricidir… Tərkibindəki minerallar sayəsində dərinin mineral ehtiyacını da qarşılayır. Norveç böyürtkəni (Cloudberry) dərinin dərin qatlarına tez nüfuz edir və ultra nəmləndirici xüsusiyyəti ilə dərinin nəm ehtiyacını ödəməyə kömək edir.
4 - Təbii tərkibli məhsullara üstünlük verin
Kimyəvi maddələrə ən çox reaksiya verən dəri tipi təbii ki, həssas dəri tipidir… İstifadə etdiyiniz dəriyə qulluq məhsullarının tərkibində paraben, silikon, alüminium, spirt, nanohissəciklər, neft kimyəvi maddələri, ətir və boyalar olmadığından əmin olmalısınız. Celenes by Sweden markasını tövsiyə etməyimizin əsas səbəblərindən biri də məhz budur!
5 - Vitamin və mineral tərkibli məhsullarla qırışların qarşısını alınHəssas və quru dərilər hava dəyişikliyində və yuyunduqdan sonra normal dərilərlə müqayisədə daha çox gərginlik hiss edir. Buna görə düzgün şəkildə nəmləndirilmədikdə, hətta gənc yaşlarda belə qırışlar meydana çıxa bilər. Celenes by Sweden Cloudberry seriyası, antioksidant təsiri ilə dərinizdə detoks effekti yaradaraq hüceyrələrin cavan qalmasına kömək edir və yaşlanmaya qarşı təsir göstərir. Dərinin elastikliyini artıraraq qırış əleyhinə rol oynayır.
Norveç böyürtkəni (Cloudberry) C vitamini ilə zəngin olmaqla yanaşı, E vitamini, kalsium, maqnezium və benzoik turşusu baxımından da olduqca güclüdür.
6 - Dərini qurutmayan bir təmizləyici istifadə edinMakiyaj etməsəniz belə, səhər və axşam olmaqla gündə iki dəfə dərinizi təmizləməlisiniz. Dəridəki yağı və çirki təmizləyərkən mütləq şəkildə qurutmayan bir dəri təmizləyici məhsul seçməlisiniz. Əks halda dəriniz daha da həssaslaşacaq.
Celenes by Sweden Cloudberry seriyasında yer alan Üz Yuma Geli, tərkibindəki Norveç böyürtkəni (Cloudberry) sayəsində dərini qurutmur və əlavə nəmləndirmə təmin edir. E vitamini sayəsində dərini təmizləməklə yanaşı, ona canlılıq və parlaqlıq da qazandırır.

7 - Sakitləşdirici üz baxım kremi istifadə edinDərini təmizlədikdən sonra sakitləşdirici xüsusiyyətə malik bir üz kremi seçərək dərinizə ehtiyacı olan nəmi ən doğru şəkildə təmin edin. Bu şəkildə qızartı, gərginlik və qaşınma kimi problemlərlə qarşılaşmazsınız.
Celenes by Sweden Cloudberry Sakitləşdirici Üz Baxım Kremi, həssas dərilər üçün təbii nəmləndirmə təmin edən xüsusi formulu ilə dərini sakitləşdirir. Norveç böyürtkəni (Cloudberry) sayəsində dərini xarici təsirlərə qarşı qoruyur, antioksidant təsiri isə dəridəki sərbəst radikallarla mübarizə aparır.
Həmçinin tərkibindəki Omega 7 dərinin nəmi saxlama qabiliyyətini artırır, B və C vitaminləri isə dərini qidalandırır. Paraben, ətir, spirt, mineral yağ və kimyəvi qoruyucular içerməməsi də onu öncəlikli seçim edən əsas səbəblərdəndir!
9 - Bədən losyonunu duşdan sonra ilk 5 dəqiqə ərzində tətbiq edinQuru və həssas dəriyə qulluqda diqqət etməli olduğunuz digər bir vacib məqam isə duşdan sonra ilk 5 dəqiqə ərzində bütün bədəninizi nəmləndirməkdir.
Celenes by Sweden Cloudberry Sakitləşdirici və Qidalandırıcı Bədən Losyonu tərkibindəki Omega 7 sayəsində intensiv nəmləndirmə təmin edir və dərinin nəmi saxlama qabiliyyətini artırır. Bundan əlavə, antioksidant dəstəyi ilə dəridə detoks təsiri yaradır.
Paraben, spirt, mineral yağ və kimyəvi qoruyucu maddələr içermədiyinə görə bədəninizin hər yerində təhlükəsiz şəkildə istifadə edə bilərsiniz.
10 - Pəhriz siyahısında bu qidalara yer verinQırmızı qidalar beta-karoten və narıncı qidalar likopen sayəsində yüksək antioksidan xüsusiyyətə malikdir. Qış meyvələri olan alma, portağal və narı gündəlik qidalanmanıza əlavə edin. Yay aylarında isə böyürtkən kimi meşə meyvələrinin dadını çıxarın!
Həmçinin, antioksidant xüsusiyyətinə görə tünd yaşılımsı yarpaqlı tərəvəzləri, hindistan cevizi və avokado kimi dərini parlatan və nəmləndirən qidaları qəbul etməyiniz faydalı olacaq. Dərininizi içəridən nəmləndirmək üçün gündə təxminən 2 litr su içməyi də vərdiş halına gətirin.
Comments