Motivasiyamızı necə qoruyaq?
- Aysan Azimzade
- 26 Eki 2025
- 1 dakikada okunur
Bəzən elə günlər olur ki, səhər oyananda heç nə etmək istəmirik. Həyatın axını içində itirik, içimizdəki enerji sanki bizdən küsür. Özümüzə “mən artıq bacarmıram” dediyimiz anlar olur. Amma bax, elə o anda motivasiya deyilən kiçik bir işıq bizə lazımdır.
Motivasiya bəzən böyük sözlərdə, kitab səhifələrində və ya başqalarının uğur hekayələrində deyil. Bəzən sadəcə bir fincan qəhvədə, sakit musiqidə, ya da aynada özünə “mən dəyərliyəm” deməkdə gizlənir.

Motivasiyanı qorumaq üçün hər gün nəhəng addımlar atmaq lazım deyil. Kiçik, amma davamlı addımlar çox daha möhkəm nəticə verir. Məsələn:
Özünü kimləsə müqayisə etmə. Hər kəsin yolu, vaxtı, sürəti fərqlidir.
Yorulanda dayan, amma vaz keçmə.
Uğurlarını kiçiltmə, çünki onlar sənin zəhmətinin nəticəsidir.
Özünə mehriban davran. Bəli, bəzən heç kimdən deyil, özündən bir az şəfqət gözləmək yetər.
Bəzən motivasiyanı tapmaq deyil, sadəcə itirməmək önəmlidir. Həyatdakı gözəllikləri görmək üçün bir az yavaşla, dərindən nəfəs al, ətrafına bax. Gözünlə deyil, ürəyinlə bax.
Unutma ki, motivasiya sabit bir hal deyil. O, dalğalar kimidir — bəzən yüksəlir, bəzən azalır. Əsas olan odur ki, o dalğaların içində özünü itirməyəsən. Hər dəfə bir az daha möhkəm, bir az daha inamlı qalasan.
Və ən önəmlisi: sən bacarıqlısan. Sadəcə bəzən bunu özünə xatırlatmağı unudursan.



Yorumlar