top of page

Yeni İl,Yeni Başlanğıclar

Yeni bir il, yeni bir fürsət deməkdir.Keçən ilin yorğunluğunu geridə buraxıb, bugündən etibarən xəyallarımıza daha da yaxınlaşmaq üçün addımlar atma zamanıdır.Hər birinizin içində, qarşımıza çıxan hər çətinliyin öhdəsindən gələcək güc və cəsarət var.Yetər ki, biz buna inanaq.

Bu il, keçmişdəki səhvlərə fikir vermədən, hər anı bir fürsət kimi görməliyik.Uğursuzluqlar, sadəcə təcrübə anlarıdır.Hər düşmə, bir qalxma üçün hazırlıqdır.Uğur,səbr və əzmlə gəlir,hər kiçik addım toplanaraq böyük bir yol qətt etdirir.

Hədəflərinə fokuslan,lakin eyni zamanda səyahətin dadını çıxar.Özünə inan, çünki hər şeyin başlanğıcı inamdır.Hər yeni gün, sənin üçün yeni bir səhifə, yeni bir ümiddir.Öz potensialını kəşf etmək üçün cəsur ol.

Bu il sadəcə var olmaqla yetinmə.Həyatını ehtirasla yaşa.Nə istədiyini bil, nə etməli olduğunu hiss et və addım at.Hər zaman xatırla;önündəki həyat geridə buraxdığından daha önəmlidir.

Yeni ilini təbrik edirik!Bu il sənin ilindir,işığınla daim parla!

 
 
 

Yorumlar


bottom of page