top of page

Özünü Sev: Güclü Qadın Olmağın Yolları


Güclü qadın olmaq, sadəcə fiziki güc ya da xarici görünüş deyil, həm də daxili özünə inamın təzahürüdür , özünü sevməklə və ruhunla bağlıdır. Bu səyahət, hər bir qadının özünəməxsus yolu olsa da, bəzi ümumi prinsiplər vardı ki, bu yolda sənə mütləq kömək edəcəkdir.



1.İlk olaraq özünü tanı və özünü qəbul et.

Öz daxilinə səyahətə çıx, dəyərlərini, ehtiraslarını və güclü tərəflərini kəşf et.Bunun üçün gözlərini yum, dərin nəfəs al və qəlbinin sənə nə demək istədiyini dinlə.Meditasiya, yoqa kimi üsullar burda sənə kömək edə bilər.Zəif tərəflərini qəbul et və onlarla necə işləyəcəyini öyrən.Duyğularını inkar etmə. Onlar bizim bir parçamızdır, bizi biz edən dəyərlərdir. Özünlə səmimi olmağa çalış,kim olduğunu və nə istədiyini dürüst şəkildə qəbul et. Başqalarının gözləntilərinə uyğunlaşmaq əvəzinə, özünə sadiq qal.Uşaqlıq xəyallarını xatırlamaq sənə kim olduğunu anlamaqda kömək edəcək, çünki onlar sənin ən saf arzularındır.Onların ardınca getmək üçün cəsarətli ol, maneələri aş. Sən buna layiqsən.

Və son olaraq özünü bağışla , keçmiş səhvlərini və peşmanlıqlarını burax.Bağışlamaq, ruhunu azad etməkdir. Yadda saxla ki,hər kəs səhv edir. İdeal insan yoxdur.Səhvlərinə öyrənmək və böyümək üçün fürsət olaraq bax . Keçmişdə aldığın yaralarını sağalt, sənə nə fısıldadıqlarını eşitməyə çalış və irəliyə doğru addımla.



2. Özünə qulluq et,ruhunu qidalandır.

Fiziki sağlamlığına diqqət yetir. Bədənin ruhunun məbədidir, ona hörmət et.Sağlam qidalan, müntəzəm idman et və kifayət qədər yatmağa çalış. Unutma ki, fiziki sağlamlıq, zehni və emosional sağlamlığa da təsir edir.Təbiətin qoynunda vaxt keçirməyə çalış, ağacların ətrini, quşların nəğməsini dinlə.Təbiət, ruhunu sakitləşdirəcək və sənə enerji verəcəkdir.Emosional sağlamlığını prioritetləşdir. Sevdiyin şeyləri etmək üçün özünə vaxt ayır.Yaradıcılığını azadlığa buraxmağa çalış.Rəsm çək, musiqi çal, rəqs et, yaz. Yaradıcılıq, ruhunun ifadəsidir. Özünü ifadə etməkdən qorxma, çünki sən bənzərsizsən.

3. Güclü şəxsi münasibətlər qur.Səni dəstəkləyəcək insanlarla özünü əhatə et.

Özün üçün sağlam sərhədlər müəyyən et və onları qoru. Toksik münasibətlərdən uzaq dur və sənə hörmət etməyən insanlara "yox" deməyi öyrən.Öz fikirlərini və ehtiyaclarını açıq şəkildə ifadə et.Özünə hörmət et ki, başqalarından da eyni hörməti tələb edə biləsən. Təhsil almağa,daim öyrənməyə və inkişaf etməyə çalış.Yeni bacarıqlar öyrən, kitablar oxu, seminarlarda iştirak et. Özün üçün real və ölçülə bilən məqsədlər qoy.Daha sonra bu məqsədlərə çatmaq üçün plan qur və ona uygun addım-addım hərəkət et.Rahatlıq zonasından çıxmaqdan və yeni şeylər sınamaqdan qorxma.

4. Özünə inan,qanadlarını aç və uç. Sən, hər şeyə qadir bir qadınsan. Bacarıqlarına və güclü tərəflərinə inan. Özünə inam, uğurun əsas açarıdır. Bunun üçün kiçik və böyük uğurlarını qeyd et. Özünə təşəkkür etməyi və özünü təqdir etməyi öyrən.

Özünü olduğun kimi qəbul et və sev , çünki sən bənzərsizsən, dəyərlisən və sevilməyə layiqsən. Özünə qarşı mehriban və anlayışlı ol.Güclü qadın olmaq, daimi bir səyahətdir. Bu yolda səbrli ol. Unutma ki, sən güclü, bacarıqlı və dəyərli bir qadınsan.

 
 
 

Comments


bottom of page