top of page

Güclü qadın olmaq istəyirsən?

Salamlar, sizi Women's Collective bloqumuzda görməyə çox şadıq.

Mən Aysan Azimzade, Women's Collective Mərkəzinin rəhbəriyəm. Bu gün sizinlə öz fikirlərimi bölüşmək istəyirəm.

“Güclü qadın olmaq” termini tamamilə yanlışdır. Güclü qadın olmaq deyə ayrıca bir anlayış yoxdur. Qadınların hər biri güclüdür. Sadəcə, içindəki gücün fərqində olmayan xanımlar var. Bu gün həmin xanımların daxilindəki gücü az da olsa üzə çıxarmağa çalışacağıq.

Gücümüzün fərqində olmaq üçün sizə yazdığım addımları gəlin tələsmədən, özümüzü incitmədən, bir-bir həyata keçirməyə çalışaq.

  1. Bir gün boyunca, heç kəs olmadan otaqdan çıxmadan özünlə vaxt keçir. Özünlə “sosiallaş”. Nələri sevdiyini, nələrdən xoşlandığını düşün. Həyatında kimləri istəyirsən, kimləri istəmirsən – bunları müəyyən et.

  2. Təkbaşına uzun və ya qısa səyahətə çıx. Tək səyahət zamanı həm özünü daha yaxından tanıyacaqsan, həm də nələrdən zövq aldığını, hansı fəaliyyətlərin səni xoşbəxt etdiyini öyrənəcəksən.

  3. Öz qazandığın pulu özün üçün xərclə. Bu, həm əməyinin qarşılığını almağın nə qədər gözəl hiss olduğunu sənə yaşadacaq, həm də özünə verdiyin dəyəri artıracaq.

  4. Onlayn və ya canlı şəkildə sosiallaşmağa çalış. Təlimlərə, kurslara, master-klasslara, konsertlərə və teatrlara qatıl. Öz şəxsi inkişafına dəyər qat.

  5. “Yox” deməyi öyrən. İstəmədiyin şeylərə “bəli” deməkdən bezməmisənmi? Artıq bunu bitirməyin vaxtıdır. “Yox” deməyin gözəlliyini anladığın anda həm öz dəyərin artacaq, həm də istəmədiyin şeyləri etmək məcburiyyətində qalmayacaqsan.

  6. Həyatının baş rolunda özün ol! Bizə verilən həyat yalnız birdir. Buna görə də özünü öz həyatında ikinci plana atma. Bu sənin həyatındır – baş rol sənsən. Bunu qəbul et və belə yaşa.

  7. Ətrafında səni dəstəkləyən, sənə dəyər verən insanları saxla. Sənin motivasiyanı aşağı salan insanları həyatında saxlamaq, özünə verə biləcəyin ən böyük zərərlərdən biridir. Bunu unutma.

 
 
 

Yorumlar


bottom of page